Norveç hökuməti sosial media istifadəçiləri üçün yeni yaş məhdudiyyəti tətbiq etməyi planlaşdırır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazir Conas Qahr Stere məlumat yayıb.
Stere bunun "çətin bir döyüş" olacağını etiraf edib, lakin siyasətçilərin uşaqları "alqoritmlərin gücündən" qorumaq üçün müdaxilə etməli olduğunu söyləyib.
Hazırda Norveçdə sosial media yaşı 13-dür, lakin Norveç Media Təşkilatının araşdırması 9-11 yaşlı uşaqların yarıdan çoxunun hələ də platformalardan istifadə etdiyini müəyyən edib.
Yerli hakimiyyət orqanları uşaqların yaş məhdudiyyətlərindən yayınmasının qarşısını almaq üçün əlavə tədbirlər görməyə söz veriblər. Bura “Fərdi məlumatlar haqqında” qanuna dəyişiklik edilməsi daxildir, ona görə sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının platforma tərəfindən emalına razılıq verməsi üçün yaşı 15-dən yuxarı olmalıdır.
Gülayə Mecid