İngiltərənin “Mançester Yunayted” komandası gələn ilin yanvarında futbolçusu Antonini icarəyə verəcək.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu mövsüm “qırmızı-şeytanlar”da əsas heyətə düşməkdə çətinlik çəkən 24 yaşlı hücumçunu müxtəlif klublar transfer etmək istəyir. Təklif göndərən komandalar arasında braziliyalı oyunçunun daha əvvəl çıxış etdiyi Niderland “Ayaks”ı da var.
Gənc futbolçu 2022-ci ilin yayında məhz Amsterdam təmsilçisindən 99 milyon avroya transfer edilib.
Qeyd edək ki, Antoni bu mövsüm “Mançester Yunayted” forması ilə bütün turnirlər daxil olmaqla cəmi 4 matça çıxıb və 1 qolla yadda qalıb.