Rusiya prezidenti Vladimir Putin keçmiş həmkarı, ABŞ-nin eks-prezidenti Donald Trampla söhbət zamanı “Moskvaya zərbə endirmək”lə hədələnməsini xatırlamadığını deyib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya lideri BRİKS sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Ancaq cənab Trampla belə bir söhbəti xatırlamıram. İndi ABŞ-də seçki kampaniyasının çox kəskin mərhələsidir və mən bu qəbildən olan bəyanatları ciddi qəbul etməməyi təklif edirəm”, - deyə dövlət başçısı bildirib.
Putin Trampın Moskvanın mərkəzinə zərbə endirməklə bağlı təhdidlərini şərh edərkən əlavə edib ki, Rusiyanı təhdid etmək mənasızdır, çünki istənilən xarici çağırış ölkəni yalnız “gücləndirir”.