BRICS-in Kazanda keçirilən sammitindən sonra 13 dövlət assosiasiyanın tərəfdaş ölkəsi statusu alıb.
"Unikal" xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazır.
BRICS tərəfdaşları arasında Türkiyə, Qazaxıstan, Özbəkistan, Əlcəzair, Belarus, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda və Vyetnam var.
Belarusun assosiasiyanın tərəfdaş ölkəsi olması barədə məlumatı dövlət başçısı Aleksandr Lukaşenko da təsdiqləyib. BRİCS Plus sammitinin iclasında o bildirib ki, Minsk dövlət başçıları assosiasiyasına tamhüquqlu üzv olmağa hazırdır.