Cənubi Koreya Ukraynaya silah tədarük etməyə başlaya bilər.
"Unikal" xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Seok Yeol deyib.
“Şimali Koreya Ukraynadakı müharibəyə xüsusi təyinatlılar göndərsə, biz Ukraynaya addım-addım dəstək verəcəyik. Biz öldürücü silahların birbaşa tədarükündən imtina prinsipinə sadiq qalırıq, lakin bu məsələyə Şimali Koreyadan asılı olaraq daha çevik şəkildə yenidən baxa bilərik”, - Yeol bildirib.