Norveçdə sərnişin qatarı relsdən çıxıb.

"Unikal" xəbər verir ki, hadisə ölkənin mərkəzi hissəsində, Hemnes bələdiyyəsində baş verib.

Qəza zamanı 1 nəfər ölüb, xeyli sayda yaralı var. Məlumata görə, qatarda 50-70 nəfər olub.