Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstan azərbaycanlılarına Azərbaycan dilində müraciət edib.
"Unikal" xəbər verir ki, Saakaşvili müraciətində siyasətçi deyib ki, onlar birlikdə çox iş görüblər, daha çox iş görməlidirlər və bərabər “Gürcüstanı sülhə aparmalıdırlar”.
“Mənim əziz həmvətənlərim!
Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəli də birgə görüləcək daha çox işlərimiz var.
Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək deyənlərə inanmayın.
Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin”, - deyəSaakaşvili sosial şəbəkədə yazıb.
Bundan əvvəl Saakaşvilinin Gürcüstan ermənilərinə də müraciət etdiyi bildirilirdi. Gürcüstan ermənilərinə müraciətində o bildirib ki, “keçid hökumətindən qorxmaq lazım deyil, biz seçkilərə gedib müxalifəti utandırmalıyıq, çünki qonşumuz Ermənistanın varlığı, eləcə də taleyi Qafqazda sülhün bərqərar olması Gürcüstanın Avropa yoluna qayıtmasından asılıdır”.