FETÖ terror təşkilatının lideri Fətullah Gülən üçün Skyland Beysbol Stadionunda dəfn mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, ABŞ polisinin yüksək səviyyədə təhlükəsizlik tədbirləri gördüyü mərasimdə türkiyəli jurnalistlərin şəkil çəkdirməsinə icazə verilməyib.
Dəfn mərasiminə gələn qonaqlar dəfnə xüsusi QR kodla buraxılıblar. ABŞ polisi bölgədə geniş təhlükəsizlik tədbirləri görüb. Gülənin cənazəsi qara rəngli “Cadillac” markalı avtomobillə stadiona gətirilib.
Qeyd edək ki, FETÖ lideri Gülən oktyabrın 20-də vəfat edib.