Zərdabda qanunsuz ov edən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Dəkkəoba kəndi ərasizində qanunsuz ov edən rayon sakini Şaiq Abdullayev saxlanılıb. Həmin şəxsdən “TOZ” markalı ov tüfəngi və qanunsuz olaraq ovlanmış çöl quşları (turac) aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.