Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK-nın "Hakkari" zabiti adlandırılan terrorçu Serkan Nazlıeri əməliyyatla zərərsizləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə MİT məlumat yayıb.
Bildirilir ki, Sefkan Nazlıer Türkiyədə həyata keçirilən terror aktlarının plançısı olub. O, həmçinin hücumları həyata keçirəcək terrorçuların müəyyən edilməsi və istiqamətləndirilməsinə cavabdeh şəxs imiş.
Terrorla bağlı axtarışda olanlar siyahısında qırmızı kateqoriyada olan Nazlıer 2019-cu ildə Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqdakı baza ərazisinə raket hücumunu planlaşdıranlar arasında olub.
Gülayə Mecid