İstanbulda terror təşkilatı PKK/KCK adına küçə insidentləri yaratmağa cəhd etdiyi müəyyən edilən 35 şübhəli saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
Bildirilir ki, İstanbul Respublika Prokurorluğu Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən başladılan istintaqda PKK/KCK terror təşkilatı tərkibində fəaliyyət göstərən 44 şübhəli müəyyən edilib.
Şübhəlilərdən 35-nin təşkilatın strukturunda iştirak etdiyi və İstanbulda küçələrdə etirazları həyata keçirmək istədikləri aydın olub. Saxlanılan şəxslər barəsində cinayət işi açılıb. Dig\r şxəslərin axtarışı davam edir.