Bu gün futbol üzrə Misli Premyer Liqasında XI tura start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Qərb derbisində “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gələcək. Tovuz şəhər stadionundakı görüş saat 19:00-da başlayacaq.

Hazırda Tovuz klubu 21 xalla turnir cədvəlində 2-ci, Gəncə təmsilçisi isə 3 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər 4 oyunu oktyabrın 26-27-də keçiriləcək.