Gürcüstan prezidenti Salome Zurabişvili sabah, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qalib gələcəyi təqdirdə həbsxanaya düşə biləcəyini istisna etməyib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.
"Bu baş verərsə, yəqin ki, məni impiçmentə məruz qoyacaqlar və həbsə atacaqlar", - Zurabişvili mətbuat konfransında deyib.
Eyni zamanda Gürcüstan prezidenti vurğulayıb ki, o, müxalifətin məğlubiyyətinin mümkünlüyü barədə danışmaq istəmir.
Onun fikrincə, müxalifət partiyaları vətəndaşların yüksək iştirakı olarsa, birgə səylə “Gürcü arzusu”nu məğlub edə və koalisiya hökuməti yaratmağa qadirdir.
Ağarza Elçinoğlu