Ermənistanda məhkəmə Qarabağda separatizm zamanı Ağdərə rayonuna merlik edən Mişa Gyurjyana bəraət verib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Onun vəkili Arsen Babayan deyib ki, Gyurjyana qarşı cinayət təqibinə xitam verilib.
Xatırladaq ki, Gyurjyan dələduzluqda və sənədləri saxtalaşdırmaqda ittiham olunurdu. İyunun 25-də Gyurjyanın iki ay müddətinə həbs olunduğu məlum olub. İyunun 27-də məhkəmə müdafiə tərəfinin şikayətini təmin edib və həbs qətimkan tədbirini həbsdən ev dustaqlığına dəyişdirib.
Ağarza Elçinoğlu