Cəlilabad rayonunda maşın yanıb.

"Unikal"ın məlumatına görə, hadisə Qarazəncir kəndində qeydı alınıb.

Belə ki, “Qazel” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 3,6 ton ot bağlaması yanıb.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seymur Əli