Pakistanda polis məntəqəsinə silahlı hücum olub.
"Unikal" xəbər verir ki, baş verən hücumda 10 sərhəd polisi həyatını itirib.
Hücumun Pakistan Talibanı (TTP) tərəfindən təşkil edildiyi açıqlanıb. Pakistan Talibanı hücumun yüksək səviyyəli Taliban lideri Ustad Qureyşinin öldürülməsinə cavab olduğunu bildirib.
Qeyd edək ki, polis məntəqəsinə hücum Pakistanın şimal-qərbində silahlı hücumların yenidən artması və cənubda artan etnik separatçı üsyanlarla bir vaxtda həyata keçirilib.
Zərifə Nağıyeva