BRİKS sammiti çərçivəsində Kazanda Ermənistanın baş naziri Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında qısa söhbət olub.
"Unikal" xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
Bu, münasibətlərin gərginləşməsindən və Ermənistan rəsmilərinin Minskə səfərinə qadağa qoyulmasından sonra rəsmilər arasında ilk təmas olub.
Paşinyan Lukaşenkonun Qarabağdakı müharibə ilə bağlı açıqlamalarından sonra, iyunun 13-də parlamentdə çıxışı zamanı deyib ki, Aleksandr Lukaşenko bu ölkənin prezidenti olduğu müddətdə nə o, nə də ölkənin heç bir rəsmisi Belarusa səfər etməyəcək.
Ağarza Elçinoğlu