Cari ilin mart ayının 26-da ABŞ-də Francis Scott Key körpüsünə çırpılan "Dali" yük gəmisinin sahibi və operatoru hökumətə təxminən 102 milyon dollar təzminat ödəməyə razılaşıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, "Dali" adlı yük gəmisinin sahibi olan Sinqapurun "Grace Ocean" şirkəti ilə operator "Synergy Marine" federal hökumətə 101 milyon 980 min dollar ödəməyə razılaşıb.
Xatırladaq ki, qəzada zərbənin təsirindən təxminən 3 kilometr uzunluğunda olan körpü uçub, körpüdə olan maşınlar və işçilər çaya düşüb. Çaya düşən 8 işçidən 2-si xilas edilib, 6 nəfər isə ölüb.
Ağarza Elçinoğlu