Rusiya Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumun hazırlanmasına və gedişinə müdaxilə etməyib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Peskovun sözlərinə görə, “bizdən heç bir müdaxilə olmayıb”. Bununla belə, Rusiya “referendum zamanı səslərin hesablanması dinamikasında adi gözlə görünən dəyişiklikləri izah etməkdə çətinlik çəkir”.
Moldovanın Aİ-yə daxil olması ilə bağlı referendum oktyabrın 20-də keçirilib. Ölkə vətəndaşlarının 50,46%-i Avropaya inteqrasiyanın lehinə, 49,54%-i isə əleyhinə səs verib.