Boliviyanın keçmiş prezidenti Evo Morales avtomobilinə atəş açıldığını deyib və hadisənin videosunu yayıb.
"Unikal" xəbər verir ki, avtomobildə qışqırıq səsləri eşidilir və ön şüşədə iki güllə dəliyi görünür. Sürücünün xəsarət aldığı ehtimal edilir.
Boliviyada iki həftədir ki, keçmiş prezidentin tərəfdarlarının etirazları davam edir.
Boliviyaya hazırda hakim Sosialist Partiyasına Moralesin partiya yoldaşı Luis Arse rəhbərlik edir. Bununla belə, Boliviyanın iqtisadi problemləri artdıqca, iki siyasətçi münaqişəyə girib.