Oktyabrın 27-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüstəmov Rüfət Ələsgər oğlunun qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səmədli Ələkbər Valeh oğlu polis əməkdaşları tərəfindən keçurilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

*** 23:18

Oktyabrın 27-si  saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.