Abşeronda 24 yaşlı oğlanın meyiti tapılıb.
"Unikal" xəbər verir ki, 2000-ci il təvəllüdlü Daşdəmirov Xəyyam Hikmət oğlunun Xırdalan şəhərində kirayə yaşadığı evdə meyiti aşkar edilib.
İlkin məlumata görə, 24 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.