Lənkəran rayonunun sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına uyğun olaraq cari ildə də şəhər yollarının asfaltlanması davam etdirilir.
"Unikal" xəbər verir ki, oktyabrın 26-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov asfaltlanması həyata keçirilən Əli Məmmədov küçəsində aparılan asfaltlanma işləri ilə yerində tanış olub, işin gedişi ilə maraqlanıb.
Qeyd edək ki, il sonunadək 11 küçədə- şəhid Elşad Zeynallı, Orxan Quluzadə, Emil Qurbanov, Hamid Əskərov, Elnur Talıbov, Ehtiram Hüseynov və 20 Yanvar, Tofiq İsmayılov dalan 1, Vaqif Hüseynov dalan 1, Mirmustafaxan, Əli Məmmədov küçələrində əsaslı təmir işləri aparılacaq və 26150 kv.metr isti asfalt örtüyü döşənəcək.
Aparılan asfaltlanma işlərinə görə yerli sakinlər dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.