97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Yeniyol kəndində vətəndaş qəbulu keçirib.
"Unikal" xəbər verir ki, qəbulda millət vəkili ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov iştirak edib.
Vətəndaşlar əsasən işıq xətlərinin dəyişdirilməsi, sağlamlıq, abadlıq, su ilə bağlı məsələlərin həlli ilə bağlı müraciət ediblər. Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələlər isə aidiyyəti təşkilat rəhbərlərinə müraciət olunaraq nəzarətə götürülüb.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.