Oktyabrın 25-də Nizami rayonu ərazisindən “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə rayon ərazisində tapılıb. Lakin avtomobildən 530 manat dəyərində təmir alətlərinin oğurlandığı məlum olub. 

Davam etdirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 28 yaşlı İ.Bədəlov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.