İspaniya “Real Madrid”i heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu qərarı “kral klubu”nun prezidenti Florentino Perez verib. O, “Barselona” ilə son “El-Klasiko” matçında (0:4) forma geyinən Andrey Luninin çıxışından razı qalmayıb.

Komandanın əsas qapıçısı Tibo Kurtuanın zədəli olması Madrid təmsilçisini qapı mövqeyi üçün hərəkətə keçirib. Namizədlər arasında Fransanın “Lill” komandasının üzvü Luka Şevalye var.