Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə ilk dəfə olaraq "Elsevier" və "Clarivate" şirkətləri tərəfindən həyata keçirilən elmmetriya üzrə mütəxəssis hazırlığı proqramını şərtləndirən təlimlər dörd ay davam edib. Unikal proqramın təşkilində başlıca məqsəd Azərbaycan Respublikasında elmi məlumat bazalarından ixtisaslı, ekspert səviyyəli kadr potensialının formalaşdırılması tələbi idi.
"Unikal" xəbər verir ki, "Elsevier" və "Clarivate" şirkətləri tərəfindən nəzərdə tutulan müştərək sertifikata iddialılar arasından yalnız 28 nəfər layiq görülüb.
Sertifikat alanlardan biri- Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova proqram çərçivəsində "Scopus" və "Web of Science" bazalarında təməl hazırlıqlığını peşəkar səviyyə bacarıqları ilə daha da möhkəmləndirib.
Elmmetriya üzrə mütəxəssis hazırlığı proqramını uğurla tamamlayan mütəxəssislər tədqiqatçıların müvafiq araşdırmalarını dəstəkləmək, elmi göstəricilərin daha dəqiq təhlilini aparmaq, həmçinin məqalələrin nüfuzlu elmi nəşrlərdə işıq üzü görməsində bilik və bacarıqlarını nümayiş etdirəcəklər.