Oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.
"2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir".
Qeyd edək ki, bu gün 1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova, onlara qonaq gələn qızı və nəvəsi dəm qazından zəhərlənib. Hadisə nəticəsində 69 yaşlı qadın boğularaq ölüb.