Bu gün Azərbaycan kubokunda II təsnifat mərhələsi start götürüb.

"Unikal" xəbər verir ki, dörd gününü əhatə edəcək mərhələnin ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış oyununda "Turan Tovuz" doğma meydanda "Hypers Guba" ilə üz-üzə gəlib.

Mübarizəyə bu mərhələdən qoşulan qərb təmsilçisi II Liqa təmsilçisini darmadağına məruz qoyub. 

Beləliklə, 1/8 finala adlayan ilk komanda olan "Turan Tovuz"un növbəti rəqibi "Sabah" olacaq.