Bu gün futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun son matçı keçirilib.
"Unikal" xəbər verir ki, həftəyə İstanbul derbisi ilə yekun vurulub.
"Qalatasaray" evdə "Beşiktaş"ı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. "Sarı-qırmızılar" ardıcıl 2 qol vurmağı bacarıb. Qonaqlar matçın sonlarında fərqlənsə də, bu, yalnız təsəlli qolu olub.
"Qalatasaray" 28 xalla turnir cədvəlinə başçılıq edir. "Beşiktaş" isə 20 xalla 4-cü pillədədir.