"Barselona"nın və İspaniya millisinin 17 yaşlı hücumçusu Lamin Yamal "France Football"un versiyasına görə ilin ən yaxşı gənc futbolçusu seçilib.
"Unikal" xəbər verir ki, səsvermədə o, “Real Madrid”in yarımmüdafiəçisi Arda Güləri, “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maina, “Mançester Siti”nin cinah oyunçusu Saviqno və “Barselona”nın müdafiəçisi Pau Kubarsini qabaqlayıb.
Keçən il Yamal İspaniya millisinin tərkibində 2024-cü il Avropa Çempionatının qalibi olub. Onun komandası final matçında İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib.