Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP-29 iqlim sammitinə gələ bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. 

"Rəsmi mənbələr bildirir ki, Ararat Mirzoyan Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirak etmək niyyətindədir. Baxmayaraq ki, XİN rəhbəri ötən cümə günü hakim fraksiya ilə qapalı görüşdə Azərbaycanın Ermənistana məhbusları qaytarması şərti ilə Bakıya gedəcəyini bildirib. 

Dünən Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan yaxın vaxtlarda Azərbaycan tərəfi ilə məhbuslar və itkin düşmüş şəxslərlə bağlı görüşün keçiriləcəyini açıqlayıb", - məlumatda deyilir. 

Məlumata görə, razılaşma əsasında bir neçə erməni hərbçinin təhvil verilməsi planlaşdırılır. 

Ağarza Elçinoğlu