30.10.24-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəlimi, Tələbə Elmi Cəmiyyətinin sədri Aygün Bağırzadənin təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr olunmuş, “Hədəfdə Zəfər” adlı tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirin əvvəlində Respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himni səsləndikdən sonra çıxış edən Akademiyanın rektoru professor Hüseyn Qaraşov 44 günlük hərbi əməliyyatların Azərbaycan tarixinə Vətən müharibəsi kimi əbədi həkk olunduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, 44 günə əzəli torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edilib, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.

Daha sonra Akademiyanın istedadlı tələbələrinin  hazırladıqları bədii kompozisiya nümayiş etdirilib.