"Şimali Koreya qoşunlarının Kurska cəlb edilməsi də Vladimir Putinə Ukraynaya qarşı açdığı müharibəyə kömək etməyəcək".

"Unikal" "European Pravda"ya istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyunla keçirdiyi mətbuat konfransında deyib. 

Amerika müdafiə departamentinin rəhbəri bildirib ki, o, Cənubi Koreyalı həmkarı ilə “bu təhlükəli və sabitliyi pozan eskalasiyaya” mümkün reaksiyanı müzakirə edib.

"İndi Şimali Koreyanın Rusiyanın şərqinə təlim keçmək üçün 10 minə yaxın əsgər göndərdiyinə dair sübutlar var və həmin Şimali Koreya qoşunlarının bir hissəsi artıq Ukraynaya yaxınlaşıb", - Ostin bildirib.

Onun sözlərinə görə, Şimali Koreya əsgərləri rus geyimindədirlər və rus texnikası ilə təmin olunurlar.

Gülayə Mecid