COP29-un rəsmi saytında iştirakçılara rahatlıq yaratmaq üçün hotellərin, nəqliyyat qovşaqlarının və mindirmə nöqtələrinin yerləşməsini göstərən xəritə təqdim edilib. Bu xəritə əsas tədbir məkanları arasında hərəkəti asanlaşdırmağa xidmət edir.
"Unikal" xəbər verir ki, bu sözləri COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin rəhbəri Orxan Mahmudlu noyabrın 1-də keçirilən “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə söyləyib.
O.Mahmudlu qeyd edib ki, tədbir boyunca iştirakçıların daha rahat və çevik hərəkət etməsini təmin etmək məqsədilə şəhərin müxtəlif yerlərində 16 nəqliyyat qovşağı yaradılıb: “Bu qovşaqlar əsasən hotellərin və yaşayış komplekslərinin yerləşdiyi ərazilərdə yerləşir ki, bu da qonaqların istənilən tədbir məkanına vaxtında və komfortlu şəkildə çatmalarına imkan yaradır”.