"Bilirdik ki, gərgin oyun keçəcək. Dünən əsas rəqiblərimiz vacib xallar qazanmışdı. Bu gün oyuna əlavə basqı ilə çıxmışdıq. Futbolçularıma təşəkkür edirəm. Oyuna ciddi yanaşdılar".
"Unikal" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Ayxan Abbasovun komandasına qarşı oynamaq həmişə çətin olur: "İkinci hissə bizim üçün daha çətin keçdi. Rəqib 10-15 dəqiqə ciddi təzyiq yaratdı. Həmin dəqiqələrdə qol da buraxdıq, amma sayılmadı. Çox önəmli qələbə qazandıq".