Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi ( DİN) məlumat yayıb.

Bildirilib ki, noyabrın 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 150 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.