FTB, ABŞ Milli Kəşfiyyat İdarəsi və Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyi xarici ölkələrin, xüsusən də Rusiyanın ABŞ seçkilərinə müdaxilə cəhdləri barədə məlumat verib.
"Unikal" xəbər verir ki, bu barədə idarələrin birgə məlumatında deyilir.
ABŞ kəşfiyyatı hesab edir ki, xarici dövlətlər seçkilərin bütövlüyünə ictimai inamı sarsıtmaq və amerikalılar arasında nifaq salmaq məqsədi daşıyan “əlavə əməliyyatlar” həyata keçirib.
"Bununla belə, bu cür hərəkətlər qarşıdakı həftələrdə daha da güclənə bilər. Rusiya ən aktiv təhlükədir. Xüsusilə Rusiya ilə əlaqəli olan nüfuzlu aktyorlar seçkilərin legitimliyinə xələl gətirmək və seçicilərdə seçki prosesi ilə bağlı qorxu yaratmaq üçün videolar hazırlayır və saxta məqalələr hazırlayırlar”, - sənəddə deyilir.
Xatırladaq ki, bu gün ABŞ-də 60-cı prezident seçkiləri keçirilir.
Gülayə Mecid