Rusiya prezidenti Vladimir Putin Valday klubunun iclasında Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Fürsətdən istifadə edərək, onu Amerika Birləşmiş Ştatlarının prezidenti seçilməsi münasibətilə təbrik etmək istərdim. Mən artıq demişəm ki, biz Amerika xalqının etibar edəcəyi istənilən dövlət başçısı ilə işləyəcəyik”, - deyə Putin bildirib.