Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.   

"Unikal" xəbər verir ki, noyabrın 7-də Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə fləşmob keçirilib.   

Qazax şəhərinin mərkəzində yerləşən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda 8 Noyabr - Zəfər Günü münasibətilə 700 nəfərin iştirakı ilə “Zəfər Günü” sözü yazılıb. Üçrəngli Azərbaycan Bayrağı fləşmoba xüsusi rəng qatıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri,  Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov,

Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Elşad Quliyev, Tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov və digər əməkdaşlar tələbələrin, gənclərin təşkil etdiyi şanlı Zəfərimizə həsr olunmuş fləşmobu izləyiblər. 

Gənclərlə görüşən rayon rəhbərliyi nümunəvi təşəbbüslərinə görə onlara razılığını bildirib.