"1001 gece masalları" serialında rol alacaq daha bir aktrisanın kimliyi açıqlanıb.

"Unikal" xəbər verir ki, ekran işində aktrisa Hülya Darcan rol alacaq. O, layihədə baş rol ifaçılarından biri olan aktyor İbrahim Çelikkolun anası "Fatma"ya həyat verəcək.

Qeyd edək ki, serialın digər baş rolu isə Cansu Dereyə həvalə edilib.

Hülya son olaraq "Kül masalı" serialına çəkilib.