Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Azərbaycan və İran arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə edilməsi ilə bağlı yaydığı xəbərdə məlumat verilib.
Fərid Əliyev bir müddətdir ki, həmin vəzifəni icra edir.
Qeyd edək ki, Fərid Əliyevə Prezident İlham Əliyevin sərəncamı ilə ötən il general-mayor ali hərbi rütbəsi verilib.