Rusiyanın xarici işlər naziri Sergey Lavrov İyirmilik Qrupu (G20) sammitinin nəticələrini müsbət adlandırıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, o bu barədə G20 sammitində iştirakından sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu gün G20 sammiti başa çatır, bu, il ərzində ona rəhbərlik edən Braziliyanın G20-yə sədrliyinin kulminasiya nöqtəsidir. Çox müsbət nəticələr, mühüm razılaşmalar var. Bu çox əhəmiyyətlidir", - deyə Lavrov bildirib.
Xatırladaq ki, noyabrın 18-19-da Rio-de-Janeyroda G20 dövlət başçılarının sammiti keçirilib.