"ABŞ Ukraynaya hərbi yardımı azaltmaq qərarına gəlsə, ölkə yəqin ki, müharibəni uduzacaq".

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib. 

O, bildirib ki, ABŞ yeni prezident Donald Trampın dövründə Ukraynaya hərbi yardımı azaltmaq qərarına gəlsə, ölkə müharibəni uduzacaq: "Əgər azaldacaqlarsa, hesab edirəm ki, biz uduzacağıq. Təbii ki, istənilən halda mübarizəmizi davam etdirəcəyik. İstehsalımız var, amma mükəmməlliyə sahib olmğa kifayət deyil. Düşünürəm ki, bu, sağ qalmaq üçün də kifayət deyil. Ancaq bu, Amerikanın seçimidirsə, o zaman nə edəcəyimizə qərar verəcəyik". 

Ağarza Elçinoğlu