“FAB Boya və Kimya Sənayesi” MMC gömrük qaydalarını pozub.

"Unikal"ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Azərbaycanın inşaat sektorunda mövcud olan "FAB Boya və Kimya Sənayesi" MMC 2001-ci ildən fəaliyyət göstərir. Şirkət ilk olaraq boya məhsulları istehsalına başlayıb, bu kateqoriyadan su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri istehsal edib. 2006-cı ildən isə müəssisədə "Polimerlər" fabriki fəaliyyətə başlayıb. Şirkətin qanuni təmsilçisi və baş direktoru Məhərrəmov Kənan Məhərrəm oğludur. Şirkətin təsisiçisi isə Anar Səfər oğlu Əliyevdir. Anar Əliyev eyni zamanda “OMİD” mağazalar şəbəkəsinin sahibidir.

Murad İbrahimli