Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayətə Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilən Əhmədov Elgiz Fariz oğlunun məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində 2 nəfər- Tağıyeva Nazilə Mustafa qızı və Babayeva Leyla Malik qızı zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək Elgiz Əhmədovun ağır xəstə olmasını nəzərə alaraq onun məhkəmə istintaqı dövründə ev dustaqlığına buraxılmasını xahiş ediblər. Hakim Rasim Sadıxovun sədrliyi ilə vəsatət müzakirə olunub və təmin olunması barədə qərar qəbul edilib.
Məhkəmə prosesi dekabr ayının 3-nə kimi təxirə salınıb.
İttiham aktına görə, Elgiz Əhmədov sevgilisi Leyla Babayevanın hədə-qorxu ilə 81 min manatlıq qızıl-zinət əşyasını ələ keçirib.
Seymur Əli