Hakim "Gürcü arzusu" partiyası futbolçu Mixail Kavelaşvilinin ölkə prezidentliyinə namizədliyini irəli sürüb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. 

Kavelaşvili Tbilisi “Dinamo”su, “Mançester Siti” və “Alaniya”da çıxış edib.

2005-2006-cı illərdə ən son İsveçrənin “Bazel” klubunda çıxış edib. Kavelaşvili daha sonra “Gürcü arzusu”ndan deputat seçilib. 

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək.

Ağarza Elçinoğlu