Rusiya prezidenti Vladimir Putin iki günlük dövlət səfəri ilə Qazaxıstana gedib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunur ki, Rusiya prezidentinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşü planlaşdırılır. Danışıqların açıq və qapalı formatda baş tutacağı gözlənilir.

İki ölkə prezidentləri geniş spektrli məsələləri, o cümlədən ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq problemləri müzakirə edəcəklər.

Səfərin ikinci günündə Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirakı planlaşdırılır.

Ağarza Elçinoğlu