İsrailin oktyabrın 26-da İslam Respublikası ərazisinə hücumuna cavab tədbirləri artıq planlaşdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib. 

O, cavab zərbəsini İsrail hökuməti üçün ağlasığmaz kimi qiymətləndirib: "Əvvəlki iki əməliyyat forma və istifadə edilən silahlara görə fərqləndiyi kimi, İsrailin son təcavüzünə cavab da sionist rejiminin liderlərinin təxəyyülünə zərbə vuracaq şəkildə planlaşdırılıb", - general deyib. 

Baqirinin sözlərinə görə, İsrail İranın qırmızı xətlərini keçib.

Ağarza Elçinoğlu