PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Bavariya"ya uduzduqları matç (0:1) haqqında danışıb.
"Unikal" xəbər verir ki, mütəxəssis komandanın uğursuz nəticələrinə görə bütün məsuliyyəti öz üzərinə götürüb:
“İnsanlarda hər zaman günahkarı tapmaq istəyi var. Günahkar varsa, o da mənəm. Mən cavabdehəm. İndi günahkarı tapdınız. Bundan sonra istənilən tənqidi qəbul edirəm”.
Qeyd edək ki, PSJ ÇL-in Liqa mərhələsində daha əvvəl "Jirona"ya qalib gəlmişdi (0:1), PSV ilə heç-heçə etmişdi (1:1), "Arsenal"a (0:2) və "Atletiko"ya isə (1:2) uduzmuşdu. Paytaxt klubu hazırda turnir cədvəlində 4 xalla 26-cıdır.